Səfir: “Qutsulun həbsi Moldovaya təhdiddir”
“Qaqauziya muxtar bölgəsinin xüsusi statusunu tənzimləyən qanunun pozulması Moldova üçün daxili sabitlik baxımından ciddi risklər yarada bilər”.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov “RİA”ya açıqlamasında bildirib.
“Qaqauziya rəhbəri Yevgeniya Qutsulun ətrafında yaranmış vəziyyət bizi narahat etməyə bilməz. Ümid edirik ki, bu problemin məntiqli və hüquqi baxımdan əsaslandırılmış həlli tapılacaq”, - deyə diplomat vurğulayıb.
Ozerov qeyd edib ki, 1994-cü ildə qəbul edilmiş və Qaqauziyanın xüsusi statusunu təsbit edən qanun mürəkkəb siyasi proseslərin nəticəsi olub. Onun sözlərinə görə, bu statusun pozulması bütövlükdə Moldovanın özünə zərər verə bilər.
Diplomat Qaqauziya rəhbəri Yevgeniya Qutsulun həbsi ilə bağlı narahatlığını ifadə edərək bildirib ki, söhbət sadəcə bir şəxsin yox, xalq tərəfindən seçilmiş dövlət xadiminin həbsi məsələsindən gedir. Onun fikrincə, bu işin Qutsulun həbsi ilə yekunlaşmayacağı və Qaqauziya muxtariyyətinin xüsusi hüquqlarının ləğvi ilə nəticələnə biləcəyi ilə bağlı cəmiyyətdə və siyasətçilər arasında narahatlıq artır.
Qiymət Mahir
tag: Qaqauziya,Yevgeniya Qutsul,Rusiya,Oleq Ozerov,todaypress.tv,