Finlandiyalı politoloq: “Müharibəni qızışdıranlar üçün şou yaxın zamanda bitəcək”
Dünya
17.10.2025 16:50
Rusiya Prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında baş tutan görüş Ukraynadakı münaqişənin tezliklə sona çatacağından xəbər verir.
TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, bu barədə Finlandiyada milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının nümayəndəsi Armando Mema sosial şəbəkədə yazıb.
Mema ölkə liderlərinin Budapeştdə danışıqlar aparmaq niyyətini şərh edərkən bildirib ki, “Müharibəni qızışdıranlar üçün şou yaxın zamanda bitəcək”.
Oktyabrın 16-da baş tutan görüş zamanı Putin Trampı Qəzza zolağında atəşkəs əldə etməsinə görə təbrik edib və Melaniya Trampa rus və ukraynalı uşaqların vətənlərinə qaytarılması səylərində iştirakı üçün təşəkkürünü bildirib.
Jalə Rövşən
tag: Vladimir Putin,Donald Tramp,Ukrayna, Armando Mema,Todaypress.tv,
