İran rəsmisi Moskva təhlükəsizlik forumunda iştirak edəcək

Dünya

26.05.2025 17:25

1

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bu həftə Moskva şəhərinə səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai məlumat verib.

“Əkbər Əhmədian İran adından təhlükəsizlik məsələlərinə cavabdeh yüksək nümayəndələrin 13-cü beynəlxalq görüşündə iştirak edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli şəxslərin 13-cü beynəlxalq görüşü 27–29 may tarixlərində Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə keçiriləcək. Foruma qatılmaq üçün 150-dən çox dövlətə, o cümlədən MDB, KTMT, Aİİ, ŞƏT ölkələrinə, həmçinin 20-dən çox beynəlxalq təşkilatın rəhbərliyinə dəvətlər göndərilib.

Töhfə Səməd

tag: İran,Ali Milli Təhlükəsizlik Şurası,Əli Əkbər Əhmədian,Moskva,todaypress.tv,