FETÖ işində 7 hökm və müsadirə qərarı qüvvədə qaldı
Dünya
23.10.2025 15:35
Türkiyənin Ali Apellyasiya Məhkəməsi “Kaynak Holdinq” və ona bağlı 24 şirkət haqqında çıxarılan müsadirə qərarını, eləcə də 7 müttəhimə verilən hökmləri qüvvədə saxlayıb.
TodayPress TV bu barədə "Haber Global" a istinadən xəbər verir.
Qərara əsasən, “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə 7 il 6 ay həbs cəzası alan Bülent Kaynaroğlu və Yasım Köse barəsində çıxarılan hökm təsdiqlənib. Digər 5 nəfərə 2 il 1 aydan 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası da qüvvədə saxlanılıb.
Məhkəmə 21 təqsirləndirilən şəxsə bəraət qərarını da qüvvədə saxlayıb.
Bəzi müttəhimlər barəsindəki hökm isə ləğv olunub. Onlardan bir neçəsi apellyasiya mərhələsində vəfat etdiyinə görə işləri bağlanıb, digərləri barədə “natamam istintaq” səbəbindən qərar yenidən baxılmaq üçün geri qaytarılıb.
“Kaynak Holdinq” FETÖ-nün maliyyə mərkəzi hesab olunur və onun vasitəsilə təşkilata aid qurumların maliyyələşdirildiyi bildirilir.
Jalə Rövşən
tag: “Kaynak Holdinq” ,Türkiyə,FETÖ,Məhkəmə,Todaypress.tv,
