Ermənistanda terror aktına hazırlıq: 7 nəfər saxlanıldı
Dünya
10.07.2025 12:16
Ermənistanda terror aktına hazırlıq ittihamı ilə 7 nəfər saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qurumun yaydığı açıqlamaya görə, bir sıra ünvanda keçirilən genişmiqyaslı axtarış və istintaq tədbirləri nəticəsində partlayıcı maddələr və rabitə vasitələri aşkarlanıb.
“Əldəqayırma elektrik detonatoru, komplekt hissələr, döyüş qumbarası, alışdırıcı, barıt, radioəlaqə vasitələri və digər maddi sübutlar aşkar edilərək götürülüb”, - deyə məlumatda bildirilir.
İlkin istintaq tədbirləri davam etdirilir.
Məlumata görə, axtarışlar əsasən “Daşnaksütyun” partiyasının gənclər qanadının nümayəndələrinin evlərində aparılıb. Saxlanılanlar arasında Ermənistan parlamentinin deputatı Geqam Manukyanın oğlu Taron Manukyan da var.
Qiymət Mahir
tag: Ermənistan,Daşnaksütyun,Terror,Axtarış,Todaypress.tv,