Merts Ukraynanın dəstəyi məsələsində Orbanı sərt tənqid etdi
Dünya
02.10.2025 10:31
Almaniya kansleri Fridrix Merts Kopenhagendə keçirilən Avropa İttifaqı liderlərinin sammitində Ukraynaya dəstək məsələsinin müzakirəsi zamanı Macarıstanın Baş naziri Viktor Orbanı sərt şəkildə tənqid edib.
TodayPress TV "Bloomberg"ə istinadən xəbər verir ki, məlumata görə, müzakirələr zamanı Orbanın Rusiyaya qarşı sanksiyaların qarşısını almaq üçün veto hüququndan istifadə etməsi və Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxması narazılıq doğurub.
Bildirilib ki, sammitdə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin “dron divarı” yaratmaq təklifi də ciddi dəstək qazanmayıb.
Qeyd edək ki, sammit ərəfəsində Orban Avropa liderlərinin Ukrayna mövzusuna görə Budapeştə təzyiq göstərməsini nəzərdə tutaraq, görüşün “qəfəs davası”na bənzəyəcəyini bildirmişdi.
Jalə Rövşən
tag: Fridrix Merz ,Viktor Orbanı ,Kopenhagen,Ukrayna-Rusiya münaqişəsi,TodayPressTV,
