Ermənistanda arxiyepiskop hökumət çevrilişinə çağırışda təqsirləndirildi

Dünya

24.09.2025 18:06

Ermənistan məhkəməsi arxiyepiskop Mikael Ajapaxyanı hökumətin devrilməsinə çağırış etməkdə təqsirli bilib.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, ittiham üzrə cəza beş il müddətinə azadlıqdan məhrumetməni nəzərdə tutur, dəqiq cəza isə daha sonra müəyyənləşəcək.

İyunun sonunda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Ajapaxyanı saxlamaq üçün Eçmiədzindəki katolikos iqamətgahına gəlsələr də, dindarların müqaviməti ilə üzləşiblər. Arxiyepiskop daha sonra İrəvana gedərək İstintaq Komitəsinə hesabat verməyi vəd edib.

Ajapaxyan ittihamı rədd edir. Bundan əvvəl baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbəri üçün növbədənkənar seçkilərin keçirilməsinə çağırıb.

Jalə Rövşən

TodayPress TV


tag: Ermənistan,Arxiyepiskop,Hökumət çevrilişi,TodayPressTV ,Məhkəmə,