"Rəfah" keçidininə kimin nəzarət edəcəyi məlum oldu

Dünya

18.10.2025 15:00

Fələstin Milli Administrasiyası (FMA) və Avropa İttifaqının (Aİ) missiyası Rəfah sərhəd-keçid məntəqəsinin Fələstin tərəfində təhlükəsizliyə nəzarət edəcək.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Misirin Şimali Sinay vilayətinin qubernatoru Xalid Muqavir bildirib.

Qubernator xatırladıb ki, Rəfah keçidi iki hissədən ibarətdir — biri Misir, digəri isə Qəzza zolağı tərəfində yerləşir.

Qeyd edək ki, İsrail hakimiyyəti oktyabrın 15-də HƏMAS-ın ölən girovların cəsədlərinin qaytarılması ilə bağlı öhdəliyini yerinə yetirmədiyini əsas gətirərək Rəfah keçidini açmamaq qərarına gəlib. Bununla yanaşı, İsrailin Qəzzaya humanitar yardım axınını məhdudlaşdıracağı bildirilib. 28 girovdan yalnız dördünün cəsədi İsrailə qaytarılıb.

HƏMAS daha əvvəl 2023-cü ilin oktyabrında girov götürülmüş 20 nəfəri azad edəcəyini açıqlamışdı. Sonradan təşkilat yeddi, daha sonra isə 13 nəfəri azad edib.

Xatırladaq ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında imzalanan sülh planının ilk mərhələsi çərçivəsində bütün girovların “tezliklə” azad ediləcəyini və İsrail qoşunlarının razılaşdırılmış xəttə çəkiləcəyini bildirmişdi.

Jalə Rövşən

TodayPress TV

tag: Fələstin Milli Administrasiyası,HƏMAS,Avropa İttifaqı (Aİ), Xalid Muqavir,Todaypress.tv,