Ermənistan Rusiyaya nota verdi

Dünya

12.01.2026 18:24

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, ona rusiyalı jurnalist Vladimir Solovyovun açıqlamalarına görə etiraz notası təqdim edilib.

"Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona dövlət telekanalının proqramının efirində səsləndirilən açıqlamalarla bağlı dərin narahatlığın ifadə olunduğu etiraz məktubu təqdim edilib. Bu açıqlamalar Ermənistan Respublikasının suverenliyinə qəbuledilməz müdaxilə, düşmənçiliyin təzahürü və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərinin kobud şəkildə pozulmasıdır", - deyə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın açıqlamasında qeyd olunub.

tag: Rusiya,Ermənistan,Nota,XİN, Sergey Kopırkin,Todaypress.tv,