İstanbul İƏT Xarici İşlər Nazirləri Şurasının toplantısına ev sahibliyi edəcək

Dünya

21.06.2025 11:07

İstanbul şəhəri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyi etməyə hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Yığıncaqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Toplantı çərçivəsində Prezident Ərdoğan intensiv diplomatik görüşlər həyata keçirəcək. O, Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ilə görüşəcək. Daha sonra BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Moratinos və BMT-nin Fələstinlilərə Yardım Agentliyinin (UNRWA) Baş Komissarı Filip Lazzarini ilə də görüşlər nəzərdə tutulub.

Ərdoğan, həmçinin Pakistanın Quru Qoşunları Komandanı Səid Asim Münir və Baş nazirin müavini Məhəmməd İshaq Dar ilə də görüşlər keçirəcək.

Prezidentin diqqət çəkən digər bir görüşü isə İranın xarici işlər naziri Abbas Əraqçi ilə olacaq.

Töhfə Səməd

tag: Ərdoğan,Türkiyə,