Kallas: "Aİ İsrailin Qəzzadakı öhdəlikləri ilə bağlı tədbir görəcək"

Dünya

22.07.2025 17:30

Avropa İttifaqı (Aİ) İsrail rəhbərliyinin Qəzza zolağında dinc əhalinin müdafiəsi və humanitar yardım karvanlarının bölgəyə buraxılması üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə müxtəlif cavab tədbirlərinə əl atmağa hazırdır.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində bildirib.

“Əgər İsrail üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, bütün mümkün cavab tədbirləri nəzərdən keçiriləcək”, - deyə Kallas vurğulayıb.

O əlavə edib ki, İsrailin xarici işlər naziri Gideon Saar ilə danışıqları zamanı Avropa İttifaqı ilə İsrail arasında Qəzzaya maneəsiz humanitar yardımın çatdırılması ilə bağlı razılaşmanı xatırladıb.

Töhfə Səməd

tag: Avropa İttifaqı ,İsrail,Qəzza,Kaya Kallas,Todaypress.tv,