Durov Snop Doqdan 12 milyon dollar qazandı

Dünya

10.07.2025 19:00

"Telegram"ın qurucusu Pavel Durov məşhur amerikalı reper Snop Doq ilə birgə hazırlanan rəqəmsal hədiyyə kolleksiyasının rekord müddətdə tam satıldığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Durov rəsmi "Telegram" kanalında paylaşım edib.

Bildirilir ki, təxminən 1 milyon ədəd unikal NFT-dən ibarət olan kolleksiya cəmi 30 dəqiqə ərzində satılıb və ümumi satış gəliri 12 milyon dollar təşkil edib.

“Telegram"da Snop Doqa aid rəqəmsal kolleksiya cəmi 30 dəqiqəyə satıldı və 12 milyon dollar gəlir əldə olundu", – deyə Durov yazıb.

O, həmçinin əlavə edib ki, 21 gün ərzində bu NFT-lərin blokçeyn üzərindən tam miqyaslı satışına və ikincil bazarının açılmasına başlanacaq. Durov bu mərhələnin də böyük maraq doğuracağına əmindir.

Kolleksiyanın satış xəbəri Snop Doqun “Gifts” adlı yeni musiqi klipinin yayımlanmasından dərhal sonra gəlib. Klip 9 iyul axşamı təqdim olunub və "Telegram"ın TON blokçeyni üzərində işləyən rəqəmsal hədiyyə funksiyasının reklam inteqrasiyası kimi hazırlanıb.

Qiymət Mahir

tag: Telegram,Pavel Durov,Snop Doq,NFT,12 milyon dollar,Todaypress.tv,