Mask narkotik testindən keçdi: Nəticələri AÇIQLADI
Dünya
17.06.2025 13:42
ABŞ mediasında milyarder İlon Maskın narkotik maddələrdən istifadə etməsi ilə bağlı yayılan iddialardan sonra o, narkotik testinin nəticələrini ictimaiyyətə təqdim edib.
TodayPress TV xəbər verir ki, məşhur sahibkarın "X" platforması üzərindən paylaşdığı laboratoriya hesabatına əsasən, Mask bütün yoxlanılan maddələr üzrə mənfi nəticə alıb.
Qeyd edək ki, "The New York Times" qəzeti daha əvvəl yazmışdı ki, Mask ABŞ prezidenti Donald Trampın seçki kampaniyası dövründə narkotik maddələrdən aktiv şəkildə istifadə edib. Qəzetin mənbələrinə görə, o, mütəmadi olaraq ketamin, ekstazi və halüsinoqen qəbul edib.
Nəşr onu da əlavə edib ki, Mask Tramp administrasiyasına qoşulub ABŞ hökumətində effektivliyin artırılması üzrə agentliyi (DOGE) kurasiya etməyə başladıqdan sonra da bu vərdişləri davam etdirib-etdirmədiyi məlum deyil.
İlon Mask isə bu iddiaları rədd edib və "The New York Times"ı yalan məlumat yaymaqda ittiham edib.
Töhfə Səməd
tag: ABŞ ,İlon Mask,Narkotik,İddia,todaypress.tv,