Doğum böhranı böyüyür...
Dünya
14.07.2025 14:36
Qlobal doğum göstəricilərinin azalması insanların uşaq istəməməsi ilə deyil, daha çox sosial-iqtisadi maneələrə görə uşaq sahibi olmaq istəməyən insanlarla bağlıdır.
TodayPress TV xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) yeni nəşr etdiyi “Dünya Əhali Hesabatı 2025: Doğuş Böhranı – Dəyişən Dünyada Çoxalma Haqqı” adlı araşdırmada qeyd olunub.
Bildirilib ki, doğuş nisbətinin kəskin azalması vətəndaşların uşaq sahibi olmaq istəyinə mane olan amillərdən qaynaqlanır.
YouGov-un 14 ölkəni əhatə edən sorğusuna əsasən, böyüklərin təxminən 20%-i arzuladıqları sayda uşaq sahibi ola bilmir. Bu qrupdakı şəxslərin 39 faizi övladlarının sayının aşağı olmasının əsas səbəbi kimi maliyyə çətinliyini, 21 faizi qeyri-müəyyən məşğulluğu, 19 faizi isə mənzil problemlərini qeyd edir.
Bu şəxslər həmçinin iqlim dəyişikliyi, müharibə və pandemiya kimi gələcək narahatlıqlara görə uşaq sahibi olmaq planlarının təxirə salındığını bildirirlər.
Təqdim olunan məlumatlar göstərir ki, 1960-cı illərdən bəri bütün dünyada doğum nisbətləri iki dəfə azalıb. Mütəxəssislər bu tendensiyanın sosial və iqtisadi dayanıqlığa ciddi təhlükə yaratdığına diqqət çəkirlər. Məsələn, Yaponiyanın doğum səviyyəsinin aşağı düşməsi işçi qüvvəsinin azalmasına və dövlət maliyyəsi üzərindəki yükün artmasına səbəb olur.
UNFPA-nın hesabatında deyilir ki, böhranının həlli yolu kimi maliyyə stimulları, ödənişsiz analıq məzuniyyəti, əlverişli mənzil və təkmilləşdirilmiş uşaq baxımı sistemləri kimi hərtərəfli siyasət həyata keçirilməlidir.
Nicat Osman
tag: Doğum,Dünya,Böhran,Azalma,Todaypress.tv,