Zaxarova Puşkinin Ukraynada qadağan edilməsi çağırışlarına cavab verdi

Dünya

11.10.2025 20:15

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynada Aleksandr Puşkinin mədəni irsinin qadağan edilməsi təşəbbüslərini tənqid edib.

TodayPress TV "Gazeta.ru" ya istinadən xəbər verir ki, o, bu addımı müdafiə edənləri Mixail Bulqakovun “İtin ürəyi” romanındakı Şarikov obrazına bənzədib və belə yanaşmanı “rus imperializminin təbliğatı” kimi qiymətləndirib.

Ukrayna Milli Xatirə İnstitutunun məlumatına görə, ölkə qanunvericiliyinə əsasən Puşkinlə bağlı bütün saytları dekomunizasiya etmək məcburiyyətindədir.

Qeyd edək ki, sentyabr ayında Odessa vilayətində Puşkinin adını daşıyan son iki küçənin adı dəyişdirilib.

Zaxarova daha əvvəl də Ukraynanın Susanini “imperiya təbliğatı” kimi tanımasına cavab vermişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: Aleksandr Puşkin,Mariya Zaxarova ,Ukrayna,Dekomunizasiya,Todaypress.tv,