Niderlandın XİN rəhbəri istefa verdi
Dünya
23.08.2025 04:46
Niderlandın xarici işlər naziri vəzifəsini icra edən Kaspar Veldkamp İsrailə qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı hökumət daxilində fikir ayrılıqlarını əsas gətirərək istefa verib.
TodayPress TV xəbər verir ki, bu barədə "NU.nl" xəbər portalı məlumat yayıb.
Veldkampın sözlərinə görə, o, bu istiqamətdə ciddi əlavə addımlar atmaq iqtidarında olmadığı qənaətinə gəlib. Qərarını izah edən siyasətçi zəruri hesab etdiyi tədbirlərin müstəqil və sərbəst həyata keçirilməsi üçün heç bir şəraitin olmadığını da bildirib.
İstefadan əvvəl Niderlandın Nazirlər Kabinetinin cümə günü keçirilən iclasında Veldkampın Qəzza zolağında hərbi əməliyyatla əlaqədar İsrailə qarşı təklif etdiyi əlavə sanksiyalar bir neçə saat ərzində müzakirə olunub.
tag: Niderland,Kaspar Veldkamp, İsrail, Qəzza, todaypress.tv,