CNN: Trampla görüşlər diplomatik “boks rinqinə” çevrilir

Dünya

07.07.2025 12:06

ABŞ Prezidenti Donald Trampın dövründə Oval kabinetdə keçirilən görüşlər yüksək gərginliklə yadda qalıb və bəzi dünya liderləri üçün ciddi diplomatik çağırışa çevrilib.

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” telekanalı beş sabiq yüksək vəzifəli diplomatın fikirlərinə əsaslanaraq yazır.

Diplomatlar Oval kabinetdə Trampın Ukrayna prezidenti Volodimir Zelenskini ictimai şəkildə tənqid etməsi, Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosanı soyqırımda ittiham etməsi və Kanada Baş naziri Mark Karni ilə gərgin danışıqları “ənənəvi diplomatik normaların pozulması” kimi qiymətləndiriblər. Bu hallar bəzi xarici liderlər arasında panikaya səbəb olub və Trampla görüşlərin xüsusi hazırlıq tələb etdiyini ortaya qoyub.

Diplomatlar dövlət başçılarını Trampın üslubuna qarşı trolla hazırlıqlı olmağa çağırıblar. 

Qiymət Mahir

tag: ABŞ ,Donald Tramp,Ukrayna,Oval kabinet,Todaypress.tv,