Samvel Karapetyanın həbsi uzadıldı
Dünya
15.08.2025 10:02
İrevanda Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi rusiyalı biznesmen Samvel Karapetyanın həbs müddətini 2 ay uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə Karapetyanın vəkili Aram Vardevanyan məlumat verib.
Vəkil bildirib ki, irəli sürülən ittihamları əsassız hesab edirlər və biznesmen təqsirini qəbul etmir.
Xatırladaq ki, Samvel Karapetyan iyun ayında Ermənistanda hakimiyyətin ələ keçirilməsinə çağırışda ittiham olunaraq həbs edilib. Avqustun 11-də apellyasiya məhkəməsi onun həbsi ilə bağlı qərarı qanunsuz sayıb. Buna baxmayaraq, avqustun 13-də Karapetyan “Öz yolumla” adlı siyasi hərəkat yaratmaq istədiyini açıqlayıb.
Bundan əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanın Karapetyana müəyyən şərtlər irəli sürdüyü iddia olunurdu.
Türkan İsgəndərli
tag: İrəvan,Karapetyan,Ermənistan,Həbs,Məhkəmə ,Todaypress.tv,