Çində yüksək vəzifəli şəxsə edam cəzası verildi

Dünya

26.09.2025 17:34

Çin məhkəməsi Qingdao Şəhər Xalq Konqresinin keçmiş sədr müavini Zanq Xicunu rüşvət almaqda təqsirli bilinib. 

Belə ki, o, iki il müddətinə şərti edam cəzasına məhkum edib. 

TodayPress TV xəbər verir ki, məhkəmənin qərarına əsasən, onun ölüm hökmü iki ildən sonra ömürlük həbslə əvəzlənəcək və o, şərti azadlığa buraxılmayacaq. 

Zanq Xicun, həmçinin ömürlük siyasi hüquqlardan məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub.

Bununla yanaşı, Çində dövlət məmurlarına və partiya işçilərinə yeni məhdudiyyətlər tətbiq olunub. Çin Kommunist Partiyası və Dövlət Şurası tərəfindən qəbul edilən sənədə görə, məmurlara iş saatlarında bahalı yeməklər və spirtli içkilər qadağan edilib.

Sənəddə israfçılığın qarşısının alınması, rəsmi standartlara ciddi əməl edilməsi və xərclərə nəzarət sisteminin tətbiqi tələb olunur. Məqsəd məmurlar arasında qənaətcil davranışı təşviq etməkdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çin,Rüşvət,Edam,Məmur,Todaypress.tv,