Aİ sanksiya paketinə Çin və Hindistanı da əlavə edəcək
Dünya
19.09.2025 16:19
"Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi çərçivəsində Rusiya, Çin və Hindistandan olan bəzi şirkətlər üçün ixrac nəzarətinin gücləndirilməsi, həmçinin kimyəvi maddələr, filizlər, metallar və duzların ixracına qadağa nəzərdə tutulur".
TodayPress TV xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Nazirliyinin rəhbəri Kaya Kallas məlumat verib.
"Biz ixrac qadağalarımıza yeni kimyəvi maddələr, metal komponentlər, duzlar və filizlər əlavə edirik və Rusiya, eləcə də Çin və Hindistandan olan müəssisələr üçün ixrac nəzarətini gücləndiririk", – deyə o əlavə edib.
Qeyd edək ki, yeni paket Aİ-nin Rusiya üzərində iqtisadi təzyiqi artırmaq strategiyasının davamı kimi təqdim olunur. Məqsəd, Ukraynadakı müharibənin davam etdiyi bir şəraitdə, Rusiya iqtisadiyyatının strateji sahələrini zəiflətməkdir.
Türkan İsgəndərli
tag: Aİ,Rusiya,Sanksiya,Çin,Todaypress.tv,