Çində güclü yağışlar minlərlə insanın təxliyəsinə səbəb oldu

Dünya

11.08.2025 11:45

Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərində leysan yağışları nəticəsində 15 mindən çox sakin təxliyə edilib.

TodayPress TV xəbər verir ki, şəhər meteorologiya idarəsinin məlumatına görə, bazar günü saat 07:00-dan bazar ertəsi saat 07:00-a qədər Çuntsinin 16 rayon və qəsəbəsinə güclü yağış yağıb.

Ən çox yağıntı Heçuan rayonunda qeydə alınıb – 167 mm.

Şəhər fövqəladə halların idarə olunması departamentinin məlumatına görə, bazar ertəsi saat 06:00-a olan vəziyyətə əsasən, 15 mindən çox insan təhlükəsizlik məqsədilə evlərindən çıxarılıb.

Meteoroloji müşahidə və hidroloji monitorinq stansiyaları gün ərzində Çuntsinin mərkəzi şəhər əraziləri, mərkəzi və cənub-şərq hissələri, eləcə də şimal-şərqin cənub bölmələrində güclü və leysan yağışların davam edəcəyini proqnozlaşdırır.

Bazar ertəsi saat 08:00-dan çərşənbə günü saat 08:00-a qədər Çuntsinin əksər kiçik və orta çaylarında su səviyyəsinin müxtəlif dərəcələrdə qalxacağı gözlənilir.

Qiymət Mahir

tag: Çin,Çuntsin ,Heçuan ,Yağış,Todaypress.tv,