Merts Putinə təslim olmayacağını bildirdi
Dünya
10.07.2025 17:42
Almaniya kansleri Fridrix Merts Roma şəhərində keçirilən Ukraynanın bərpası konfransında çıxış edərək, Rusiya prezidenti Vladimir Putinə təslim olmayacaqlarını və Kiyevə dəstəyin davam edəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, mətbuat konfransı zamanı Merts Ukrayna prezidenti Volodimir Zelenski və bir sıra "ukraynalı dostlara" Berlinin Kiyevə dəstəyində heç bir dəyişiklik olmayacağına əminlik verib.
O, digər mesajını Vaşinqtona və ABŞ prezidenti Donald Trampa ünvanlayaraq, ABŞ-ni “Avropa ilə birlikdə qalmağa” çağırıb.
Kansler həmçinin vurğulayıb ki, Ukraynada ədalətli sülhə gedən yol zəiflikdən və ya geri çəkilməkdən yox, gücdən keçir. O, Almaniyanın qarşıdakı illərdə Bundesveri (Alman ordusu) Avropa İttifaqının ən güclü ordusuna çevirmək üçün mümkün olan hər şeyi edəcəyini bildirib.
Türkan İsgəndərli
tag: Almaniya,Roma,Ukrayna,Rusiya,Todaypress.tv,