Putin: “İrana qarşı təcavüz tamamilə əsassızdır”

Dünya

23.06.2025 17:49

İyunun 23-də Rusiya Prezidenti Vladimir Putin Kremlin sarayında İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Görüş zamanı Putin bölgədə gərginliyin artdığı mürəkkəb bir dövrdə İran nümayəndə heyətinin Rusiyaya səfərinin önəmini vurğulayıb:

“Hazırda regionda və birbaşa ölkənizin ətrafında gərginliyin ciddi şəkildə artdığı bir vaxtda səfər edirsiniz. Rusiyanın bu hadisələrlə bağlı mövqeyi açıq və birmənalıdır. Xarici İşlər Nazirliyimizin açıqlamalarında və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı çıxışlarımızda bu mövqe öz əksini tapıb”.

Putin İrana qarşı həyata keçirilmiş hərbi müdaxiləni qəti şəkildə pisləyib:

“İrana qarşı baş vermiş hərəkət tamamilə əsassız və səbəbsizdir. Bu addımı heç bir şəkildə əsaslandırmaq mümkün deyil. İranla Rusiya arasında uzunmüddətli, güclü və etibarlı münasibətlər mövcuddur. Biz İran xalqını dəstəkləməkdə və onları müdafiə etməkdə qərarlıyıq”.

Töhfə Səməd

tag: Rusiya ,Putin,İran,Əraqçi,Todaypress.tv,