Çin XİN Trampa cavab verdi

Dünya

07.07.2025 13:36

“BRICS blokların qarşıdurmasında iştirak etmir və heç bir dövlətə qarşı yönəlməyib.”

TodayPress TV xəbər verir ki , bu barədə brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq bildirib.

ABŞ-nin iqtisadi tarifləri barədə danışan diplomat xatırladıb ki, Çin öz mövqeyini dəfələrlə izah edib.

Mao Ninqin sözlərinə görə, Pekin ticarət və tarif müharibələrində qalibin olmadığı fikrinə sadiqdir.

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində bəyan etmişdi ki, Vaşinqton BRICS siyasətini dəstəkləyən dövlətlərə əlavə 10% ticarət rüsumları tətbiq edəcək. Onun sözlərinə görə, BRICS-in “antiamerikan siyasətini” dəstəkləyən istənilən ölkəyə əlavə 10% rüsum tətbiq olunacaq. Eyni zamanda Tramp istisnaların olmayacağını vurğulayıb.

Nicat Osman 


tag: BRICS ,Blok, Çin Xarici İşlər Nazirliyi,ABŞ,Todaypress.tv,