Ərdoğan Ukrayna münaqişəsinin həlli üçün səylərini davam etdirəcəyini açıqladı
Dünya
26.09.2025 14:16
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla görüşdən sonra Ukrayna böhranının həlli istiqamətində səylərini davam etdirəcəyini bildirib.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, o, döyüşlər nəticəsində itki verənin təkcə Rusiya və Ukrayna olmağını, bütün tərəflərin oxşar vəziyyətlə üzləşdiyini qeyd edib.
“Biz müharibələrin yerini sülhə, qarşıdurmaların isə sakitliyə və sabitliyə verməsini istəyirik. Təbii ki, müharibəyə başlamaq asandır, amma onu bitirmək çətindir. Ona görə də bütün bölgələrdə, xüsusən də bizi əhatə edən münaqişə zonalarında sülhün əldə olunması üçün çalışırıq”, – Ərdoğan bildirib.
Prezident, həmçinin İstanbulda Moskva və Kiyev nümayəndə heyətləri arasında keçirilmiş danışıqlar və məhbus mübadiləsində Türkiyənin səylərinin nəticəsiz olmadığını göstərdiyini vurğulayıb.
Tramp isə Ərdoğanın atəşkəsin əldə olunmasında əhəmiyyətli rol oynaya biləcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, ABŞ və Türkiyə liderlərinin danışıqları sentyabrın 25-də Ağ Evdə baş tutub.
Jalə Rövşən
tag: Ərdoğan,Türkiyə,Ukrayna,Münaqişə,Todaypress.tv,
