Qaraciyər xərçənginin əsas səbəbləri açıqlandı
Dünya
29.07.2025 19:15
Son illərdə MASLD xüsusilə ABŞ, Avropa və Asiya ölkələrində qaraciyər xərçənginin ən sürətlə artan səbəbi kimi diqqət çəkir. Qaraciyər xərçənginin qarşısını viral hepatitlərin, alkoqoldan sui-istifadənin və metabolik əlaqəli qaraciyər yağlanmasının (MASLD) azaldılması ilə almaq olar .
TodayPress TV xəbər verir ki, bu barədə “The Lancet” məlumat yayıb.
Statistikaya əsasən, qaraciyər xərçənginin yayılma halları 2050-ci ilə qədər kəskin artacaq.
Tədqiqatda qeyd olunur ki, həmin vaxta qədər yeni diaqnoz sayı 870 mindən 1,52 milyona, ölüm halları isə 760 mindən 1,37 milyona yüksələcək.
Alimlər bildirirlər ki, bu halların təxminən 60 faizi idarəolunan risk faktorları ilə bağlıdır və qarşısı alına bilər.
Ekspertlər hesab edir ki, qaraciyər xərçənginin müalicəsi mürəkkəb və baha başa gəldiyi üçün profilaktik tədbirlər xəstəliklə mübarizədə əsas vasitə olmalıdır.
Qeyd edək ki, xəstəlik hallarının cəmi 2-5 faiz azaldılması ilə belə, 17 milyon yeni yoluxma və 15 milyon ölüm hadisəsinin qarşısını almaq mümkündür.
Aysel Mətləb
tag: Qaraciyər,Xərçəng,Sağlamlıq,Səbəb,Todaypress.tv,