Çexiya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qaldı

Dünya

10.07.2025 16:07

Çexiya Daxili İşlər Nazirliyi kiberhücuma məruz qalıb və hücumun arxasında xarici dövlətin olması ehtimalı istisna edilmir. 

TodayPress TV xəbər verir ki, bu barədə daxili işlər naziri Vit Rakusan bildirib.

Onun sözlərinə görə, hücum fidyə tələbi (ransomware) ilə bağlı olmayıb və məlumat oğurluğuna yönəlməyib. Nazir əlavə edib ki, hücumun texniki xarakteri göstərir ki, arxasında daha mürəkkəb və məqsədyönlü fəaliyyət dayanır, buna görə də xarici dövlətlərin əli ola bilər.

Nazirlik rəsmisi qeyd edib ki, Çexiya vətəndaşlarının şəxsi və məxfi məlumatları sızmayıb, hücum polis, yanğınsöndürmə xidməti və əsas dövlət reyestrlərinin İT sistemlərinə təsir etməyib.

Hücumun dəqiq vaxtı və hansı sistemləri əhatə etdiyi barədə məlumat verilməyib.

Türkan İsgəndərli

tag: Çexiya,Kiberhücum,İT,Nazirlik,Todaypress.tv,