Britaniya və Fransa pilot razılaşma imzaladı
Dünya
11.07.2025 11:29
Böyük Britaniya və Fransa La-Manş boğazını keçərək ölkəyə daxil olan qeyri-qanuni miqrantların bir qisminin geri qaytarılmasına imkan verəcək pilot sxem üzrə razılaşma əldə edib.
TodayPress TV xəbər verir ki, bu barədə Londonda keçirilən mətbuat konfransında Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron məlumat veriblər.
Razılaşma çərçivəsində Britaniya qeyri-qanuni yollarla – xüsusilə kiçik rezin qayıqlarla boğazı keçmiş bəzi miqrantları Fransaya qaytaracaq. Əvəzində isə Fransa sığınacaq üçün əsaslı müraciət edən şəxslərin eyni sayda qəbuluna razı olub.
Starmer bildirib ki, bu “birə-bir” modeli yaxın həftələrdə qüvvəyə minəcək və riskli keçid cəhdlərinin qarşısını almaq üçün önəmli vasitəyə çevriləcək:
“İlk dəfə olaraq, kiçik qayıqlarla gələn miqrantlar saxlanılacaq və qısa müddətdə Fransaya qaytarılacaq. Sehrli çubuq yoxdur, amma bu, əməkdaşlığın yeni səviyyəsidir”.
Makron isə bəyan edib ki, bu razılaşma əsasən qeyri-qanuni miqrasiyanın qarşısını almaq məqsədi daşıyır və hər iki ölkə layihənin uğurunda maraqlıdır.
Qiymət Mahir
tag: Britaniya ,Fransa,La-Manş,Kir Starmer,Emmanuel Makron,Todaypress.tv,