Britaniya Trampın Ukrayna ilə bağlı mövqeyinə nəyin təsir edə biləcəyini açıqladı

Dünya

27.09.2025 13:21

Böyük Britaniya kralı III Çarlzla görüş ABŞ Prezidenti Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir edə bilər.

TodayPress TV-nin məlumatına görə, Britaniyanın "The Telegraph" qəzeti mənbələrə istinadən yazır ki, Böyük Britaniya kralı III Çarlz ilə görüş ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı  mövqeyini dəyişməsinə təsir göstərə bilərdi.

Məqalədə deyilir: "Trampın fikrinin dəyişməsi onun kralla söhbətindən qısa müddət sonra baş verib. Güman edilir ki, monarx dövlət səfəri zamanı ABŞ Prezidenti ilə təkbətək görüşlərdə Ukraynanı müzakirə edib".

Qeyd edək ki, sentyabrın 16-da Tramp və xanımı Melaniya ikinci səfəri üçün Böyük Britaniyaya gəliblər. Onları Şahzadə Uilyam və həyat yoldaşı Keyt Middlton qarşılayıb. 

Məqalədə qeyd edilir ki, prezident və birinci xanım “Britaniyanın təklif etdiyi ən böyük təmtəraq və şəraitlə” qarşılanıblar.

Orxan Saffari

TodayPress TV

tag: Tramp,III Çarlz,Görüş,Ukrayna,Todaypress.tv,