Britaniya da Fələstini tanıyacaq: Tarix açıqlandı

Dünya

28.07.2025 16:29

Böyük Britaniya 2029-cu ilə, yəni hazırkı parlamentin səlahiyyət müddətinin sonuna qədər Fələstin dövlətini rəsmən tanıya bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynoldz "Sky News" telekanalına verdiyi müsahibədə bildirib.

Nazir jurnalistin bu məsələnin hazırkı parlament dövründə mümkün olub-olmadığına dair sualına belə cavab verib:

“Hazırkı parlament çərçivəsində, əgər bu addım ehtiyac duyduğumuz irəliləyişi təmin etməyə kömək edəcəksə, bəli, bu mümkündür. Lakin biz bunu yalnız bir dəfə edə bilərik. Əgər bu addımı sırf simvolik xarakter daşıyacaq şəkildə atsaq, bu, münaqişənin həllinə töhfə verməyəcək”.

Qeyd edək ki, Fələstin dövlətinin tanınması məsələsi Böyük Britaniyada iyul 2024-cü il ümumi seçkilərində qalib gələn Leyboristlər Partiyasının seçki proqramında yer alıb. Lakin bu proqramda tanınmanın dəqiq vaxtı göstərilməmişdi. Baş nazir Kir Starmer isə daha əvvəl demişdi ki, Londan Fələstini “uyğun zamanda” tanıyacaq.

Töhfə Səməd 

tag: Böyük Britaniya ,Fələstin,Conatan Reynoldz,Kir Starmer,Todaypress.tv,