BMT-nin Qəzzaya ərzaq tədarükü artırıldı
Dünya
17.10.2025 17:49
BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) atəşkəs rejimi tətbiq olunduqdan sonra Qəzza zolağına gündəlik ərzaq tədarükünü 560 tona qədər artırıb. Lakin bu hələlik Fələstin anklavında ehtiyac içində olan bütün əhalinin tələbatını qarşılamaq üçün kifayət deyil.
TodayPress TV xəbər verir ki, bu barədə proqramın nümayəndəsi Abir Etefa məlumat verib.
“Biz hər gün təxminən 560 ton ərzaq çatdırsaq da, hələ də ehtiyac duyulan hədəf səviyyəsindən aşağıdayıq”, - deyə o, Cenevrədə keçirilən mətbuat brifinqində bildirib.
Onun sözlərinə görə, atəşkəsin qüvvəyə mindiyi tarixdən 15 oktyabra qədər Qəzza zolağına təxminən 2800 ton ərzaq daşıyan 230 yük maşını daxil olub. Etefa əlavə edib ki, tədarüklər anklavın cənub və mərkəzi hissəsində yerləşən "Kerem-Şalom" və "Kisufim" keçid məntəqələri vasitəsilə həyata keçirilir.
O həmçinin qeyd edib ki, ərzaq yalnız beş paylama məntəqəsində bölüşdürülür, halbuki nəzərdə tutulan hədəf 145 paylama nöqtəsidir. Əgər bu göstəriciyə çatmaq mümkün olsa, bu, Qəzza zolağında yardıma ehtiyacı olan təxminən 1,6 milyon insanı əhatə etməyə imkan verər.
Aysel Mətləb
tag: BMT,ÜƏP,Qəzza ,Ərzaq ,Todaypress.tv,
