ABŞ Dövlət Departamenti: Ukrayna üzrə qərarları yalnız Tramp verir
Dünya
21.06.2025 12:44
ABŞ-də Ukrayna ilə bağlı bütün qərarları yalnız ölkə prezidenti Donald Tramp qəbul edir.
TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus "Fox 5 Atlanta" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi ilə bağlı gələcək addımların müəyyənləşdirilməsi və vəziyyətə necə təsir göstəriləcəyinə dair yeganə qərarverici şəxs prezidentdir.
Bryus əlavə edib ki, Vaşinqton Rusiya və Ukrayna arasında gedən danışıqları diqqətlə izləyir: “Hər bir diplomatik proses mürəkkəbdir və onun bütün detallarının ictimaiyyətə açıqlanması mümkün olmur.”
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında danışıqlarda "kiçik də olsa irəliləyiş" olduğunu bildirmişdi.
Töhfə Səməd
tag: ABŞ,Ukrayna,Donald Tramp,Temmi Bryus,todaypress.tv,