BMT baş katibi ilə Lavrovun görüşü sentyabrın 25-nə təyin olunub

Dünya

23.09.2025 15:56

BMT baş katibi Antonio Quterreşin Rusiya xarici işlər naziri Sergey Lavrovla sentyabrın 25-də görüşü planlaşdırılır.

TodayPress TV “Tass”a istinadən xəbər verir ki, BMT sözçüsü Stefan Dujarrik tərəflərin “qarşılıqlı maraq doğuran məsələləri” müzakirə edəcəklərini bildirib.

Lavrov sentyabrın 27-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək və Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək. Onun müxtəlif görüşlər, o cümlədən ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, Baş Assambleyanın yüksək səviyyəli həftəsi sentyabrın 23-dən 27-dək keçirilir. Sentyabrın 29-da isə ümumi siyasi debatlar baş tutacaq. Bu iclaslarda BMT-yə üzv 193 dövlətin nümayəndələri çıxış edəcək.

Jalə Rövşən

TodayPress TV

tag: BMT,Sergey Lavrov,Antonio Quterreş,Todaypresstv,