KİV: Fransa Fələstini tanısa, İsrail sərt tədbirlər görəcək

Dünya

19.09.2025 10:06

Fransa Fələstin dövlətini rəsmi şəkildə tanıdığı halda, İsrail bu addıma qarşı ciddi əks tədbirlər görməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, İsrailin planlaşdırdığı addımlar sırasında İordan çayının qərb sahilinin ilhaq prosesinin sürətləndirilməsi, Fransanın Qüdsdəki konsulluğunun bağlanması və Fransaya məxsus bəzi müqəddəs məkanlara, o cümlədən Eleon xristian məbədinə qarşı tədbirlər yer alır.

İsrailin xarici işlər nazirinin müavini Şarren Haskel Fransa radiosuna müsahibəsində bildirib ki, konsulluğun bağlanması məsələsi Baş nazir Benyamin Netanyahunun gündəmindədir.

Qeyd edək ki, Fransa sentyabrın 22-də BMT-də Fələstinin tanınması ilə bağlı konfrans keçirməyi planlaşdırır. Hazırda Fələstin 148 BMT üzv dövləti tərəfindən tanınır və 95 ölkədə səfirlik və daimi nümayəndəliklərə malikdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fransa,İsrail,Fələstin,Makron,Todaypress.tv,