Baydenin kütləvi əfv qərarları mübahisə yaratdı

Dünya

05.09.2025 17:56

ABŞ-nin sabiq prezidenti Cozef Baydenin son günlərində əfv siyahılarını əvvəlcədən razılaşdırmadan avtomatik imzaladığı iddia olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “New York Post” (NYP) keçmiş administrasiya əməkdaşlarının yazışmalarına istinadla məlumat yayıb.

Məqalədə qeyd olunur:

“Kütləvi əfv qərarları Ağ Evin Qərb qanadında və Ədliyyə Nazirliyində onun iradəsinin necə dəqiq icra olunacağı ilə bağlı narahatlığa səbəb olub. Hətta minlərlə əfvin elanından əvvəl Baydenin özü ilə məsləhətləşilib-məsləhətləşilmədiyi dəqiq bilinmir”.

Məlumata görə, administrasiya əməkdaşları bu mövzunu Baydenin adətən artıq işini dayandırdığı saatlarda müzakirə ediblər. Üstəlik, ABŞ Ədliyyə Nazirliyi 2,5 min məhbusun siyahısını yalnız əfvlər ictimaiyyətə açıqlandıqdan sonra alıb.

Xatırladaq ki, iyul ayında Bayden kütləvi əfvlərə imza atarkən avtomatik imza cihazından istifadə etdiyini rəsmi olaraq etiraf etmişdi. Lakin o, hər bir qərarın şəxsən özü tərəfindən qəbul edildiyini bəyan etmişdi.

Qiymət Mahir

tag: ABŞ,Cozef Bayden,Qərb ,Doanld Tramp,Todaypress.tv,