Ruslar 6 ayda Rusiya və Ukrayna arasında sülh gözləmir

Dünya

23.05.2025 09:29

Rusiyalıların böyük əksəriyyəti — 79 faizi hesab edir ki, qarşıdakı yarım il ərzində Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunmayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “Gazeta.Ru” portalının əldə etdiyi “Novosti Mail” sorğusunun nəticələrində qeyd olunur.

Sorğuya əsasən 32% respondent belə sazişin bağlanması ehtimalını “aşağı”, 24% isə “ümumiyyətlə mümkün deyil”, 23% isə “çox aşağı” qiymətləndirib.

Yalnız 15% ehtimalı “nisbətən yüksək”, 2% isə “yüksək” sayıb, 3% isə bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Respondentlərin 34%-i hesab edir ki, danışıqların əsas prioriteti Moskva və Kiyev arasında münaqişənin həllinə dair memorandumun imzalanması olmalıdır. 24% “ərazi məsələsini”, 17% isə “daimi atəşkəsin əldə olunmasını” əsas mövzu kimi görür. Daha 17% “hamının hamıya” əsir mübadiləsini, 6% isə “müvəqqəti atəşkəsi” əsas prioritet sayır.

Qiymət Mahir

tag: Rusiya,Ukrayna ,Moskva,Kiyev,todaypress.tv,