Baltik dənizinə sualtı kabellər çəkiləcək
Dünya
05.09.2025 19:45
Rəqəmsal infrastruktur provayderi “GlobalConnect” Baltik dənizində 4 yeni sualtı kabel sisteminin qurulması layihəsinə start verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Yle” saytı məlumat yayıb.
Bildirilib ki, yeni kabellər İsveç, Estoniya və Finlandiyanı birləşdirərək, təxminən 550 kilometrlik magistral marşrut xətti təşkil edəcək. Layihənin ümumi dəyəri təqribən 40 milyon avro təşkil edir ki, bunun da 15 milyon avrosu Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir.
Qeyd edək ki, “GlobalConnect” şirkəti tərəfindən planlaşdırılan magistral kabel İsveçin Qotland şəhərindən Estoniyanın Saaremaa və Hiiumaa adalarına qədər uzanır. Oradan marşrut Estoniya və Finlandiya körfəzi üzərindən Helsinkiyə qədər davam edir.
Aysel Mətləb
tag: Baltik,Kabel,Finlandiya,Estoniya,İsveç,Todaypress.tv,