Baltik dənizində yeni neft yatağı kəşf edildi
Baltik dənizində, Polşa sahillərinin yaxınlığında böyük neft yatağı aşkar edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Bildirilib ki, bu, son onilliklərin Avropadakı ən böyük neft kəşfi ola bilər.
Kanadalı neft şirkəti "Central European Petroleum"un açıqlamasına görə, kəşf Polşa sahillərindən təxminən altı kilometr məsafədə, Almaniya sərhədinə yaxın yerləşən Svinojşe şəhərinin yaxınlığında həyata keçirilib.
Töhfə Səməd