ABŞ-Ukrayna dron müqaviləsinin detalları açıqlanacaq
Dünya
05.09.2025 18:00
“Ukrayna və ABŞ arasında pilotsuz təyyarələrin istehsalına dair razılaşmanın detallarının yaxın vaxtlarda açıqlanacağı bildirilib”.
TodayPress TV xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Georgi Tıxyi brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, ABŞ əvvəldən Ukraynanın əsas müttəfiqlərindən biri olub və döyüş meydanında sınaqdan çıxmış Ukrayna texnologiyalarının birgə istehsalı tərəflər üçün faydalı əməkdaşlıq göstəricisidir.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampa şəxsən Ukrayna Prezidenti Volodimir Zelenski müraciət edib.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, belə əməkdaşlıq Amerika tərəfi üçün də maraqlıdır və Ukrayna ilə ABŞ arasında tərəfdaşlığın qarşılıqlı faydalı olduğunu göstərir.
"Məncə, yaxın gələcəkdə bu iş haqqında daha çox təfərrüat görəcəksiniz", - deyə Tıxyi əlavə edib.
Aysel Mətləb
tag: Ukrayna,ABŞ,Prezident,XİN,Todaypress.tv,