Suriya prezidenti: "İsrailin Suriyaya qarşı təhdidləri səngimir"
Dünya
24.09.2025 23:20
"İsrailin Suriyaya qarşı təhdidləri dekabrın 8-dən bəri səngimir".
TodayPress TV ”Sana"ya istinadən xəbər verir ki, bu barədə Suriya lideri Əhməd əl-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib.
Prezident Əl-Şaraa bildirib ki, "İsrailin siyasəti beynəlxalq ictimaiyyətin Suriya və onun xalqına verdiyi dəstəyə ziddir, İsrail keçid prosesindən istifadə etməyə çalışır".
"Bu, regionu sonu görünməyən yeni bir münaqişə dövrünə sürükləyir", - əl Şaraa vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu kontekstdə Suriya bu böhranı aradan qaldırmaq üçün dialoq və diplomatiyadan istifadə edir, 1974-cü il atəşkəs sazişinə sadiq qalır və beynəlxalq ictimaiyyəti bu təhdidlərlə mübarizədə onun yanında olmağa, Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırır.
Qeyd edək ki, Suriya Prezidentinin BMT Baş Assambleyasındakı bu çıxışı 1967-ci ildən bəri olan ilk çıxışdır.
tag: İsrail, Suriya,Əhməd əl-Şaraa,Nyu-York, todaypress.tv,
