Baltik dənizində təlim keçirildi
Dünya
06.07.2025 16:50
Rusiya Baltik Donanması təxribat-kəşfiyyat hücumunu dəf etməyə yönəlmiş xüsusi hərbi təlim keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.
Təlim zamanı boş döyüş sursatları, əl tüstü qumbaraları, gecəgörmə cihazları və kameralı dronlar istifadə olunub. Məqsəd donanmanın hərbi infrastrukturuna yönəlmiş simulyasiya edilmiş hücumu dəf etmək üçün şəxsi heyətin fəaliyyətini məşq etdirmək olub.
Ssenariyə görə, "diversiya qrupu" Kalininqrad vilayətinin sahilinə enərək ərazinin dərinliyinə doğru irəliləyib və gecə saatlarında hərbi obyektlərdən birinə hücum cəhdi edib. Onlar nəzarət-buraxılış məntəqəsini və aerodromun hasarlarını aşaraq təyyarələrin saxlandığı əraziyə daxil olmağa çalışıblar.
Təlim zamanı mühafizə qüvvələri hücumu vaxtında aşkar edərək qarşısını alıblar.
Türkan İsgəndərli
tag: Rusiya,Baltik,Təlim,Donanma,Todaypress.tv,