İspaniya: "Miqrantlar olmasa, Aİ iqtisadiyyatı durğunluğa uğrayacaq"
Dünya
25.09.2025 12:05
“Avropa İttifaqı ölkələri miqrantları qəbul etməsələr, birliyin iqtisadiyyatı durğunluq mərhələsinə keçəcək”.
TodayPress TV xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes “Bloomberg TV” kanalına verdiyi müsahibədə deyib.
“Miqrantların iqtisadiyyata verdiyi töhfədən imtina etsək, Aİ yaxın illərdə durğunluqla üz-üzə qalacaq. Bizim artım imkanımız olmayacaq”, - deyə o bildirib.
İspaniya Baş nazirinin sözlərinə görə, bu partiyaların təmsilçiləri işsizlik və demoqrafik vəziyyətin pisləşməsi ilə mübarizə yolları təklif etmir. O qeyd edib ki, tikinti, aqrar sənaye, sosial təminat və turizm kimi əsas iqtisadi sahələrdə miqrantların payı 20-30%-ə çatır.
Sançes həmçinin əlavə edib ki, İspaniyaya əsasən Latın Amerikası, Şimali Afrika ölkələri və ABŞ-dən miqrantlar gəlir.
Aysel Mətləb
tag: İspaniya,Miqrant,Aİ,İqtisadiyyat,Todaypress.tv,
