“Aydınlık”: Türkiyə Aİ nümayəndələrini sülh danışıqlarından uzaq tutmalıdır
Dünya
01.06.2025 17:20
Türkiyə Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək mümkün danışıqlarda Avropa İttifaqı nümayəndələrinin iştirakına imkan verməməlidir. Səbəb isə Avropa liderlərinin münaqişənin davamını dəstəkləməsidir.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık Gazetesi” nəşrində dərc olunmuş məqalədə qeyd olunub.
“Türkiyə sülhü müdafiə etməli və Ukraynanın döyüşləri davam etdirməsini istəyən avropalıların danışıqlarda iştirakına icazə verməməlidir”, – deyə müəllif yazıb.
Materialda vurğulanıb ki, Avropa İttifaqı ölkələrinin müdafiə xərclərini artırması və Moskvaya yönəlik hədə dolu ritorikası vəziyyətin nizamlanmasına xidmət etmir. Müəllifin fikrincə, Ankara bu məsələdə balanslı mövqe tutaraq həm Moskva, həm də Kiyevlə münasibətləri sabit saxlaya bilər.
Nəticə olaraq Avropa qarşısında bir seçim olduğu bildirilir: ya Ukraynadakı müharibəni dəstəkləməyə davam etmək, ya da ona son qoyaraq bölgədə sülh və sabitliyə töhfə vermək.
Qiymət Mahir
tag: Ukrayna,Rusiya,Aİ,Türkiyə,todaypress.tv,