Jan-Noel Barrot Fransa xarici işlər naziri postunda qaldı

Dünya

05.10.2025 22:45

Jan-Noel Barrot yeni hökumətdə də Fransa Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsində qalıb.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, məlumatda görə, Barrot yenidən xarici işlər naziri təyin edilib.

Agentlik, həmçinin iqtisadiyyat naziri olmuş Bruno Le Mairenin Fransa Müdafiə Nazirliyinin yeni rəhbəri təyin edildiyini yazıb. Yelisey sarayından verilən açıqlamada “Bruno Le Maire Fransa Müdafiə Nazirliyinə rəhbərlik edəcək”, – deyə qeyd olunub.

Xatırladaq ki, sentyabrın 8-də Fransa Milli Assambleyası sosial xərclərin azaldılmasını nəzərdə tutan qənaət paketinə görə, Fransua Bayru hökumətinə etimadsızlıq səsi verib. Nəticədə isə Bayru istefa verib və Prezident Emmanuel Makron Sebastien Lecornunu baş nazir təyin edib.

Jalə Rövşən

TodayPress TV

tag: Fransa,Jan-Noel Barrot,Fransa Xarici İşlər Nazirliyi,Bruno,Todaypress.tv,