Avropa ölkələri Ukraynaya hərbi və iqtisadi yardımı davam etdirəcək

Dünya

10.08.2025 17:00

Fransa, İtaliya, Böyük Britaniya, Finlandiya, Almaniya, Polşa liderləri və Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Ukraynaya hərbi, iqtisadi və diplomatik dəstəyin davam etdiriləcəyini bəyan ediblər.

TodayPress TV xəbər verir ki, birgə deklarasiyada bu işin “arzu edənlər koalisiyası” çərçivəsində, eləcə də Rusiyaya qarşı mövcud və yeni sanksiyaların tətbiqi ilə aparılacağı qeyd olunub.

Sənəddə vurğulanır ki, münaqişənin həlli yalnız “aktiv diplomatiya, Ukraynaya dəstək və Rusiyaya təzyiqin” birgə tətbiqi ilə mümkündür. Avropa liderləri ABŞ Prezidenti Donald Trampı Rusiya lideri Vladimir Putinlə danışıqları yalnız “atəşkəs şəraitində” aparmağa çağırıblar. Diplomatik həllin Ukraynanın və Avropanın təhlükəsizlik maraqlarını, o cümlədən Kiyev üçün etibarlı təminatları qoruması vacib sayılır.

Qiymət Mahir

tag: Fransa,İtaliya,Böyük Britaniya,Finlandiya,Todaypress.tv,