Fransa siyasətçisi: “Merts müharibə yönümlü mövqe tutur”

Dünya

27.05.2025 15:55

5

Ukraynanın müttəfiqlərinin Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verməsi, bu barədə Almaniya kansleri Fridrix Mertsin verdiyi açıqlama Ukraynada sülhün bərqərar olmasının qarşısını almaq üçün atılmış addımdır.

TodayPress TV xəbər verir ki, bu fikirləri Fransa “Patriotlar” partiyasının lideri Florian Filippo “RİA”ya müsahibəsində bildirib.

“Almaniya kanslerinin bu bəyanatı təhlükəlidir, məsuliyyətsizdir və sülhün qarşısını almağa yönəlib. Reallıq budur ki, Ukrayna cəbhəsi çökür, sülh danışıqları başlayıb. Amma Aİ və onun Makron, Merts kimi vassalları müharibə yönümlü mövqe tutur”, – deyə Filippo qeyd edib.

Fransız siyasətçinin fikrincə, kansler Merts bu bəyanatla Almaniyanı Avropa İttifaqının əsas hərbi gücü kimi təqdim etməyə çalışır.

Fransanın  Tbilisidəki səfirliyi məktubu öz rəsmi saytında dərc edib. Orada Emmanuel Makron, Donald Tusk və Fridrix Merts gürcü xalqını təbrik etməklə yanaşı, eyni zamanda hakimiyyətin media, müxalifət və vətəndaş cəmiyyətinə qarşı hərəkətlərini pisləyiblər.

Qiymət Mahir

tag: Ukrayna, Rusiya,Almaniya ,Fransa,todaypress.tv,