Argentina etirazlar fonunda pensiyaların artırılmasına səs verdi

Dünya

05.06.2025 09:37

Argentinada bir neçə aydır davam edən kütləvi etirazlar fonunda deputatlar pensiyaların artırılması barədə qanun layihəsini qəbul ediblər.

TodayPress TV xəbər verir ki, “RİA”nin məlumatına görə, qanun layihəsinin lehinə 142 deputat səs verib, 67-si əleyhinə çıxış edib, 19-u isə bitərəf qalıb. 

Sənədə əsasən, pensiyaların indeksasiyası 7,2% təşkil edəcək və bu, dövlət büdcəsinə əlavə yük yaradacaq.

Qanun layihəsi parlamentin aşağı palatasından sonra indi Argentina Senatında müzakirəyə çıxarılacaq.

Prezident Xavyer Milei isə bəyan edib ki, əgər sənəd Senatda da qəbul olunarsa, ona veto qoyacaq. Dövlət başçısı bildirib ki, hökumətin əsas vəzifəsi büdcə kəsirinin qarşısını almaqdır və “büdcə balansını təhlükəyə atan” heç bir addımı dəstəkləməyəcək.

Xatırladaq ki, ölkədə sosial siyasətə qarşı narazılıqlar bir neçə aydır davam edir. Apreldə minlərlə vətəndaş paytaxt Buenos-Ayresin mərkəzinə toplaşaraq Mileinin iqtisadi siyasətini tənqid etmiş, qiymət artımı və sosial xərclərin azaldılması fonunda pensiyaçılara dəstək ifadə etmişdi.

Bundan əvvəl isə prezident Mileinin gəlir mənbələrinin qanuniliyi ilə bağlı da mübahisələr yaranmışdı.

Qiymət Mahir

tag: Argentina,Pensiya,Senat,Dünya,todaypress.tv,