Almaniya iqtisadiyyatı iflas dalğasına məruz qaldı
Dünya
21.05.2025 16:50
2024-cü ildə Almaniyada 196,1 min şirkət bağlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa İqtisadi Araşdırmalar Mərkəzi və Almaniyanın "Creditreform" kredit şirkətinin analitiklərinin birgə araşdırmasının nəticələrində məlumat verilib.
Ekspertlər bildiriblər ki, son bir ildə Almaniyada bağlanan müəssisələrin ümumi sayı 2023-cü illə müqayisədə 16 faiz artıb. Əldə edilən nəticə 2011-ci ildən bəri ən yüksək göstəricidir. Əgər həmin dövrdə bir çox müəssisələr maliyyə böhranının təsiri altında bağlanmağa məcbur olmuşdusa, indiki iflas dalğası daha çox enerji daşıyıcılarının qiymətlərinin kəskin artması, sənaye istehsalının azalması və ixracın zəif bərpası ilə bağlıdır.
Analitiklər qeyd edirlər ki, böhran vəziyyəti Almaniya iqtisadiyyatının bütün əsas sahələrinə təsir edib. Enerji tutumlu istehsal sektorları bağlanmalarda ən böyük artımı görüb. Ötən il bu seqmentlər üzrə ümumilikdə minə yaxın müəssisə müflis olub. 12 ay ərzində bu rəqəm 26 faiz artıb. Bir sıra yüksək texnologiyalı korporasiyalar da hücuma məruz qalıb.
Bundan əlavə, ötən il Almaniya kimya və əczaçılıq şirkətlərinin bağlanması üzrə iyirmi ildən artıq bir antirekordu qırıb. Hesabat dövründə bu seqmentdə ümumilikdə 360 müəssisə iflasla üzləşib. Ekspertlər ölkədə bağlanan şirkətlərin sayının kəskin artmasını bir sıra amillərlə əlaqələndirirlər. Onlar əsas səbəb kimi qlobal bazarda yüksək rəqabəti, həddindən artıq bürokratiyanı və demoqrafik böhran fonunda ixtisaslı kadr çatışmazlığını göstəriblər.
Töhfə Səməd
tag: Almaniya,İqtisadiyyat,İflas,Avropa,todaypress.tv,