Şahzadə Harri ilə Kral III Çarlz arasında münasibətlər gərginləşdi

Dünya

15.10.2025 20:45

Şahzadə Harri ilə atası, Böyük Britaniya Kralı III Çarlz arasında münasibətlər bir daha gərginləşib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Daily Beast" nəşri məlumat yayıb.

Oktyabrın 10-da Harri Böyük Britaniyanın Daxili İşlər Nazirinə məktub göndərərək öz təhlükəsizlik vəziyyətinin yenidən qiymətləndirilməsini tələb edib. O, ölkəyə səfərləri zamanı təhlükəsizliyinin kifayət qədər təmin edilmədiyini bildirib.

Kralın yaxın çevrəsi şahzadənin bu addımını mənfi qarşılayıb. Monarxa yaxın mənbələr “The Daily Beast”ə bildiriblər ki, bu təşəbbüs tamamilə yersizdir və atasının onunla münasibətləri normallaşdırmaq cəhdlərini zədələyib. 

Əgər Harrinin tələbi qəbul olunsa, araşdırmanı kral ailəsinin üzvləri və digər yüksək vəzifəli şəxslərin təhlükəsizlik səviyyəsini müəyyən edən Daxili İşlər Nazirliyinin xüsusi komitəsi aparacaq. Bu, şahzadənin 2020-ci ildə ABŞ-yə köçdüyündən bəri ilk belə qiymətləndirmə olacaq.

Türkan İsgəndərli

TodayPress TV

tag: Çarlz,Harri,Britaniya,DİN,Todaypress.tv,