Almaniya XİN rəhbəri: “Putin Trampı təhqir edir”
Dünya
26.05.2025 09:40
Almaniyanın xarici işlər naziri Yohann Vadeful bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı siyasəti ABŞ prezidenti Donald Trampa qarşı “təhqirdir”.
TodayPress TV xəbər verir ki, Vadefulun fikirlərinə Almaniyanın “ARD” telekanalı istinad edib.
Nazirin sözlərinə görə, Rusiya ordusunun son günlərdə həyata keçirdiyi zərbələr Moskvanın Ukraynanın müttəfiqlərini “aldatdığını” göstərir.
“Putin insan hüquqlarını ayaqlayır ki, bu da Donald Trampa qarşı təhqirdir” deyə Vadeful bildirib.
O, həmçinin xatırladıb ki, Tramp tərəfləri danışıqlar masasına gətirməyə çalışsa da, Rusiya hücumları davam etdirib. Alman nazir beynəlxalq ictimaiyyəti Moskvanın münaqişəni davam etdirməsinə imkan verməməyə çağırıb.
Qiymət Mahir
tag: Almaniya ,Putin ,Tramp,Yohann Vadeful ,todaypress.tv,